Bir oyunda 36 qırmızı vərəqə!
05.03.2011 - 11:18
Dünya futbolunda görünməmiş hadisə baş verib. Apasport.az saytının məlumatına görə, Argentina çempionatının D divizionunda hakim Damian Rubio “Aureliano Arenas” – “Kleypole” oyununda 36 qırmızı vərəqə göstərib. Bununla da dünya futbolunda yenir rekord müəyyənləşib.
Görüşün ilk hissəsi nisbətən sakit keçib. Rubio fasiləyədək yalnız 2 futbolçunu meydandan qovub. Ancaq ikinci hissədə hakimlər briqadası oyuna nəzarəti itirib. Matç daha kobud xarakter alıb və sonda kütləvi dava-dalaş olub. Məhz bundan sonra qırmızı vərəqələr göstərilib. Baş hakim hər iki komandanın bütün futbolçularını, sonradan isə ehtiyat oyunçular və məşqçilərə qırmızı vərəqə göstərib.
“Kleypole”nin məşqçisi Sercio Mişielli referinin baş verənlərdən sadəcə, baş açmadığını bildirib. Onun sözlərinə görə, 2:0 irəlidə olan komandasının futbolçularının çoxuna qırmızı vərəqələr haqsız göstərilib. Çünki onlar davada iştirak etməyib, sadəcə, dalaşanları ayırmağa çalışıblar. Yerli mətbuat Argentina Futbol Assosiasiyasının baş hakimin qərarlarına yenidən baxacağını və vərəqələrin çoxunu ləğv edə bilməsindən yazıb.
Qeyd edək ki, qırmızı vərəqələrlə bağlı əvvəlki rekord 2 il əvvəl İspaniyada olub. 2009-cu ilin yanvarında aşağı liqalardan birinin klubları arasında oyunda baş hakim 19 futbolçunu meydandan qovub.

0
0