Mahir Şükürov Braziliya millisinin üzvü ilə komanda yoldaşı olacaq
05.03.2011 - 12:02
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov Braziliya millisinin daha bir üzvü ilə komanda yoldaşı olacaq. Apasport.az saytının məlumatına görə, Şükürovun oynadığı Rusiyanın “Anji” klubu Dieqo Tardelli ilə müqavilə imzalayacaq. “Atletiku Mineyru”nun 25 yaşlı hücumçusu Mahaçqala təmsilçisinin Türkiyədəki təlim-məşq toplanışına bu gün gələrək, tibbi müayinədən keçəcək və yeni klubu ilə münasibətlərini rəsmiləşdirəcək. Bununla da Dieqo Roberto Karlos, Joau Karlos və Jusileydən sonra “Anji”də 4-cü braziliyalı futbolçu olacaq.
Vətənində bir sıra klublarda forma geyən Tardelli 2009-cu ildən şərəfini qoruduğu “Atletiku Mineyra”da 112 oyunda 72 qol vurub. O, 2 il öncə Braziliya çempionatının bombardiri olan Dieqo Avropada İspaniyanın “Betis” və Hollandiyanın PSV klublarında oynayıb, sonuncularla 2007-ci ildə ölkə çempionu olub. Tardellinin yığmada hesabında 5 oyun var.

0
0