Bütün hakimlər milli çempionatdan kənarlaşdırıldı
05.03.2011 - 12:33
Fransa çempionatında maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, Fransa Futbol Federasiyası (FFF) ölkə çempionatının XXVI turuna təyinat alan bütün hakimləri kənarlaşdırmağı qərara alıb. Bu, həmin hakimlərin bütün futbol məmurlarının onlara hörmətsizliyinə etiraz olaraq oyunları 15 dəqiqə gec başlamağı qərara almaları ilə bağlıdır. FFF-nin qərarı ilə milli çempionatının oyunlarını aşağı diviziondan olan hakimləri idarə edəcək.
0
0