“Neftçi” sabah Lənkərana yollanacaq
05.03.2011 - 13:28
“Neftçi” sabah Lənkərana yollanacaq
Bakının “Neftçi” klubu Azərbaycan kubokunun 1/4 final mərhələsində “Xəzər Lənkəran”la cavab oyununun hazırlığına başlayıb. Apasport.az saytının məlumatına görə, komanda ilk görüşdən sonra bir günlük istirahətin ardından məşqlərini bərpa edib. Bu, klubun bazasındakı meydançada keçib. Məşqdə zədəlilər - Emil Mpenza, Yasin Hima, Amit Quluzadə və Paulius Qribauskasdan başqa bütün futbolçular iştirak ediblər. "Neftçi"nin növbəti məşqi sabah saat 11:00-da olacaq. Bundan sonra isə komanda üzvləri Lənkərana yollanacaqlar.