Bizimkilər misirli futbolçuya həsəd aparır
07.03.2011 - 10:17
Bizimkilər misirli futbolçuya həsəd aparır
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2011-ci ilin ən məhsuldar futbolçularının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, cədvələ ilin arxada qalan hissəsində qitə kuboklarında və milli komandada üst-üstə ən azı 3 qol vuranlar daxil olublar.

Misir milli komandasında 6 qol vuran Həmdi Əl-Sayed siyahıya başçılıq edir. İkinci pilləyə koreyalı YA Çul Ko və argentinalı Roberto Antonio Nanni şərikdirlər – hərəyə 5 qol. Asiyalı bütün qollarını yığmada vurubsa, cənubi amerikalı çıxış etdiyi “”Serro Porteno”nun (Paraqvay) heyətində fərqlənib. 34 nəfərlik siyahıda Avropa təmsilçisi yoxdur.

Qeyd edək ki, Azərbaycan futbolçularından heç kim bu il qol hesabını açmayıb. Çünki nə yığmamız qol vurub, nə də klublarımız avrokuboklarda çıxışlarını davam etdirir.
0