AFFA-nın qonaqları: Almaniyadan Yunanıstanadək
07.03.2011 - 13:37
AFFA-nın qonaqları: Almaniyadan Yunanıstanadək
İyunun 8-də “Buta” Sarayında Azərbaycan futbolunun 100 illik yubileyi ilə bağlı təntənəli mərasim keçiriləcək. Apasport.az saytının məlumatına görə, yubileydə iştirak edəcək bir sıra milli assosiasiyaların adları məlum olub.

Tədbirdə beynəlxalq futbol qurumları ilə yanaşı, FİFA və UEFA-nın üzvü olan milli assosiasiyaların rəhbərlərinin iştirakı gözlənilir. Artıq AFFA-nın dəvətinə bir neçə federasiyanın rəhbərliyi tərəfindən yubiley tədbirlərində iştirakla əlaqədar təsdiq cavabı göndərilib. Bunlar Almaniya, Belçika, Danimarka, Finlandiya, Gürcüstan, Xorvatiya, İngiltərə, İsveç, İsveçrə, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Yunanıstan milli assosiasiyalarıdır.

Qeyd edək ki, AFFA-nın Konfransında çıxış edən UEFA prezidentinin müşaviri Paskal Torres qurumun başçısı Mişel Platininin tədbirdə iştirak edəcəyini bildirmişdi.

Mənbə: affa.az