Vadim Borets: Mərhələ keçmək istəyirsənsə, qalib gəlməlisən
07.03.2011 - 14:01
“Qəbələ” ilə oyunda meydana çıxmağı çox istərdim. Ancaq zədə sabahkı vacib görüşdə komandama kömək etməyə imkan verməyəcək”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun moldovalı futbolçusu Vadim Borets deyib.
Paytaxt təmsilçisinin əsas heyət üzvlərindən sayılan təcrübəli legioner “Qəbələ” ilə Azərbaycan kubokunun ilk 1/4 final oyununda 42-ci dəqiqədə əvəzlənmişdi.
Boretsin sözlərinə görə, cavab görüşünə kimi sağala bilməyəcək: “Zədəm ciddi deyil. Sadəcə, ayağımda ağrılar var. Topuq nahiyəsindən xəsarət almışam. Bu, adi oyun epizodu idi. Nəticədə zədə aldığım yer şişib. İndi müalicə olunuram. 3 günə sağalmalıyam. Ümid edirəm ki, “altılığ”ın ilk turunda “Neftçi” ilə görüşdə iştirak edə biləcəyəm”.
Azərbaycanda oynadığı 6 ildə yeganə ölkə kubokunu “Bakı” ilə qazanan Borets ötən mövsümkü uğuru təkrarlamaq istəyir. Vadim bunun üçün öncə “Qəbələ” səddini keçmələrinin vacibliyini qeyd edir: “Qarşımızda duran ilk vəzifə budur. “Qəbələ” yaxşı komandadır, biz onlara hörmət edirik. Heyətində səviyyəli futbolçular var. Onları diqqətdə saxlamaq lazımdır. Rəqib ilk oyunda bizə müəyyən problemlər yaşatdı”.
Moldovalı futbolçu səfərdə qazandıqları 0:0 hesabın yaxşı və pis tərəflərindən danışıb. Onun sözlərinə görə, rəqib meydanında heç-heçə onları arxayınlaşdırmamalıdır: “Hər halda, uduzmamışıq və istənilən hesablı qələbə bizi növbəti mərhələyə çıxaracaq. Ancaq digər tərəfdən, 0:0 həm də təhlükəli hesabdır. Çünki istənilən qollu bərabərlik rəqibin mərhələ keçməsi deməkdir. Elə ola bilər ki, hesabda 1:0 irəlidə olasan, ancaq sonradan buraxdığın qolun acısını çəkəsən. Buna görə də kubokda 0:0 sürüşkən hesabdır və irəli çıxanda da qətiyyən arxayınlaşmamalısan. İstənilən halda, mərhələ keçmək istəyirsənsə, iki oyunun heç olmasa birində qalib gəlməlisən. Bu, yazılmamış qanundur. İlk oyun bərabərliklə nəticələnibsə, deməli, yarımfinala çıxmağımız üçün mütləq qalib gəlməliyik. İnanıram ki, komandamız bunun öhdəsindən gələcək”.
Mehman SÜLEYMANOV

0
0