“Azərbaycanlıların qapıçısı möcüzələr yaradırdı”
07.03.2011 - 17:10
“2001-ci ildə Avropa çempionatında mükafat qazanmağımızı indiki heyətlə də müzakirə etmişəm. Onları başa salmışam ki, həmin heyətdən zəif deyillər. Sadəcə, bir az beynəlxalq təcrübə çatışmır”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Ukrayna milli komandasının baş məşqçisi Gennadi Lisenkov deyib.
2001-ci ildə Avropa çempionatında gümüş medalın qazanılmasının 10 illik yubileyini qeyd edən ukraynalılar həmin növbəti uğurun həsrətində qalmalarının səbəbini axtarır. Baş məşqçis isə bunda Azərbaycan yığmasının qapıçısını “günahlandırır”: “Ötən il Macarıstanda keçirilən qitə çempionatında Azərbaycanı keçsəydik, əminəm ki, medal qazanacaqdıq. Lakin bəxtsizlik yaşayırdıq. Azərbaycanlıların qapıçısı Andrey Tveryankin qapıda möcüzələr yaradırdı. Biz boş qapıya da vura bilmirdik. Sona 12 saniyə qalmış isə Leqçanov 10 metrlik zərbəni də qapıdan keçirə bilmədi. Elə penaltilər seriyasında da dəqiq ola bilmədik”.
Qeyd edək ki, Azərbaycan millisi ukraynalıları Avropa çempionatının 1/4 final mərhələsində penaltilər seriyasında məğlub etmişdi.

0
0