Mpenzadan son xəbər
08.03.2011 - 00:01
“Neftçi” klubunun belçikalı futbolçusu Emil Mpenza bu ay Azərbaycana qayıdacaq. Komandanın baş məşqçisi Arif Əsədov apasport.az saytına açıqlamasında bildirib ki, zədəsini sağaldan təcrübəli hücumçu martın ikinci yarısında Bakıya gələcək.
Onun sözlərinə görə, Emilin cərrahiyyə əməliyyatından sonra bərpa prosesi qaydasındadır: “Mpenza komandamıza martın 15-dən sonra qoşulacaq. Onun durumuna gələndən sonra bir daha baxacağıq. Emillə mütəmadi əlaqəmiz var. O, bərpa prosesini keçir və bu ayın 2-ci yarısından komandamızın ümumi məşqlərində iştirak edəcək. Milli komandamızın oyunu ilə əlaqədar həmin vaxt çempionatda uzun müddətli fasilə olacaq. Onda Mpenzanın bərpasına diqqət yetirəcəyik”.
Qeyd edək ki, Mpenzanın qış fasiləsində zədə problemi yarandığından, Türkiyədəki hazırlığın son mərhələsini buraxmalı oldu.

0
0