“Təəssüflənməmək olmur”
08.03.2011 - 00:04
“Təəssüflənməmək olmur”
“Cavab oyunundan çox şey gözləyirik. Təbii ki, 0:2 hesabının revanşını almaq çətin olacaq. Ancaq futbolda mümkünsüz heç nə yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan”ın yarımmüdafiəçisi Georgi Çediya deyib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda Bakıda AZAL-a 0:2 hesabı ilə məğlub olan “Turan” doğma meydanda bunun revanşını almağa hazırlaşır. Təbii ki, fərqli məqsədlər uğrunda mübarizə aparan komandaların duelində Tovuz təmsilçisinin istəyini reallaşdıracağı bir qədər çətindir. Çünki kubok oyunları zamanı qapından top buraxmamaqla, 2 top fərqi ilə qələbə qazanmaq böyük üstünlük hesab edilir.

Elə gürcü futbolçu da ilk matçdakı şanslardan istifadə edilmədiyinə görə təəssüflənir: “Birinci oyunda çox yaxşı oynadıq. Oyunda ilk real qol şansını da biz yaratdıq. Amma istifadə edə bilmədiyimizə görə, təəssüflənməmək olmur. Mübarizə hələ bitməyib. Doğma meydanda yarımfinala adlamağa çalışacağıq”.