Milli komandamız həyəcan keçirib
07.03.2011 - 18:10
Milli komandamız həyəcan keçirib
“Turnirin ilk oyunu olduğu üçün komanda bir az həyəcanlı idi. Buna baxmayaraq, oyuna yaxşı başladıq və erkən qol vurduq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının (U-17) baş məşqçisi Təbriz Həsənov deyib.

Bu gün Türkiyənin İzmir şəhərində keçirilən beynəlxalq turnirdə İrlandiyanın U-17-i ilə 1:1 hesablı bərabərliyə qalan yığmamız qələbəni əldən verib. Həsənov ikinci hissədə bir neçə əlverişli vəziyyətdən istifadə edə bilmədiklərini bildirib: “Qapıçının səhvi nəticəsində qol buraxdıq. Növbəti oyunlara daha yaxşı hazırlaşıb turniri qənaətbəxş nəticə ilə başa vurmaq istəyirik”.

Mənbə: affa.az