Xəyal Mustafayev: Hamı gələcəyini düşünür
08.03.2011 - 00:09
“Zədəm demək olar, sağalıb. Artıq komanda ilə birgə məşqlərə qatılıram”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun müdafiəçisi Xəyal Mustafayev deyib.
Premyer Liqanın əsas mərhələsinin son turlarını zədəli olduğu üçün buraxan təcrübəli futbolçu artıq çətin günləri arxada qoyub. İkinci “altılıq” oyunlarına hazırlaşan əyalət təmsilçisinin düşərgəsində olan Mustafayev baş məşqçinin etimad göstərəcəyi təqdirdə meydana çıxa biləcək gücdə olduğunu deyib: “Artıq oynayıb-oynamayacağım baş məşqçinin qərarından asılıdır. Zədə baxımından hansısa problemim yoxdur”.
Komandasının bütün oyunlara ciddi yanaşacağını da vurğulayan futbolçu çempionatdakı yerlərini qorumağa qadir olduqlarını düşünür: “Çıxıb futbolumuzu oynayacağıq. İkinci “altılıq”da da olsa, oyunlara ciddi yanaşmalıyıq. Hər bir futbolçu gələcəyini düşünür. Bizim də öz planlarımız var”.

0
0