Əfran İsmayılov: İndi 3 gündən bir futbol oynayırlar
09.03.2011 - 11:25
“Çox yaxşı hazırlıq keçirdik. Hələ indiyədək belə təlim-məşq toplanışı görməmişdim. İntensiv məşqlər etdik, darıxdırıcı olmadı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov deyib.
Kubok oyunları ilə əlaqədar ölkə çempionatında yaranmış fasilədən maksimum yararlanan “Qarabağ” Antalyada bir həftəlik toplanışda oldu. Ağdam təmsilçisi hazırlığın sonuncu günündə Rusiya çempionatının I divizionunda mübarizə aparan “OİK Enerji” ilə qarşılaşıb və 3:1 hesabı ilə qələbə qazanıb.
Oyun haqda danışan millinin üzvü rəqibin heç də zəif olmadığını qeyd edib: “Maraqlı oyun oldu. Rəqibimiz güclü komanda idi. Hesabı da onlar açdılar. II hissədə baş məşqçi 7 nəfəri dəyişdi. Sonda qələbəni biz qazandıq”.
Öz hazırlığına da toxunan futbolçu bildirib ki, “İnter”lə matça meydana çıxmaq gücündədir. Ancaq İsmayılovu narahat edən məqamda yox deyil: “Toplanışın mənə çox köməyi dəydi. Gücümü bərpa etdim. Bu gün əsas heyətdə oynamağa hazıram. Artıq qərarı baş məşqçi verəcək. “İnter”lə matçın süni meydanda keçirilməsi bizi narahat edir. Bilmirəm, hazırkı məqamda belə meydanda oynaya bilərəm, ya yox”.
Paytaxt təmsilçisinin kubok matçında çıxış etməsinin “Qarabağ” üçün heç bir üstünlük olmayacağına da toxunan futbolçu rəqibin geniş heyətə malik olduğunu qeyd edib: “İnter” geniş heyətə malikdir. Yəqin ki, baş məşqçiləri əsas heyəti qoruyub saxlayıb. Həm də müasir dövrdə 3 gündən bir futbol oynayırlar. Biz öz oyunumuza diqqət yetirməliyik”.

0
0