İlin bombardiri və Zaur Tağızadənin şəriki
09.03.2011 - 13:05
“Neftçi”nin braziliyalı futbolçusu Flavinyo bu ilin bombardiri oldu. Apasport.az saytının hesablamalarına görə, cari mövsümdən ölkəmizdə oynayan gənc yarımmüdafiəçi vurduğu qollarla “Qarabağ”ın gürcü hücumçusu Georgi Adamiyanı qabaqladı.
Komandası kubokdan kənarda qaldığı üçün Adamiya 2011-ci ildə yalnız Premyer Liqada son 3 turda oynayıb və 4 dəfə rəqib qapısına yol tapıb. Flavinyonun isə “Xəzər Lənkəran”la səfərdə Azərbaycan kubokunun cavab 1/4 final oyununda (1:1) vurduğu qol bu il 5-ci oldu.
Ancaq bu qollar 5 oyuna vurulub. “Xəzər Lənkəran”a ümumilikdə 3 qol vuran braziliyalı bu il çempionatda “Simurq”un (3:0), MOİK-in (1:0) qapısına yol tapıb. Flavinyo yalnız “Xəzər Lənkəran”la Premyer Liqadakı qolsuz bərabərliklə nəticələnən ev oyununda fərqlənə bilmədi. Yəni, “Neftçi”nin bu il qol vurduğu bütün görüşlərdə rəqibin qapısından top keçirib.
Flavinyonun digər nailiyyəti “Böyük oyun”la bağlıdır. Məsələ ondadır ki, legioner “Neftçi” ilə “Xəzər Lənkəran”ın 2004-cü ildən keçirilən derbilərində bir mövsümdə 3 qol vuran ikinci futbolçu oldu. İlk belə nailiyyəti də “Neftçi”nin futbolçusu imza atıb.
Söhbət uzun müddət “ağ-qarlar”ın kapitanı olmuş, ötən mövsümdən sonra futbolçu karyerasını bitirən Zaur Tağızadədən gedir. Hazırda “Neftçi”nin əvəzedicilərinin məşqçisi olan 32 yaşlı keçmiş yarımmüdafiəçi “Xəzər Lənkəran”ın debüt mövsümündə (2004/05) fərqlənmişdi. Belə ki, Zaur rəqibi ilə ev oyununda etdiyi dublla komandasına qələbə qazandırmışdı – 2:1. Həmin çempionatın yekununa görə “Neftçi” ilə “Xəzər Lənkəran”ın xalları bərabər olduğu üçün reqlamentə əsasən “Qızıl oyun” keçirildi. Gəncədəki həmin görüş də “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə nəticələndi. Tağızadə bu oyunda qələbə topuna imza ataraq, “ağ-qaralar”ın hələlik son çempionluğunun memarı oldu.
Məlum olduğu kimi, “Böyük oyun” cari mövsümdə bitməyib və həftəsonu start götürəcək “altılıq”da daha 2 görüş olacaq. Deməli, Flavinyonun qol göstəricisini daha da yaxşılaşdıraraq, yeni rekordçu olmaq imkanı var. “Xəzər Lənkəran” “altılığ”ın II turunda “Neftçi”ni qəbul edəcək, son turda Bakıda onun qonağı olacaq.
Qeyd edək ki, Flavinyo kuboku da nəzərə alsaq, “Neftçi”də 15 oyuna 9 qol vurub. O, bunun altısına çempionatda nail olub.
Mehman SÜLEYMANOV

0
0