1 milyon avroluq buts
09.03.2011 - 14:24
Bolqarıstan futbolunun əfsanəsi Xristo Stoiçkov yeni təklif alıb. Apasport.az saytının məlumatına görə, İspaniyanın “Barselona” klubunun sabiq ulduzu bu dəfə isveçli kolleksiyaçı tərəfindən danışıqlar masasına dəvət olunub.
Dünya idmanında mövcud olan müxtəlif mükafatların kolleksiyasını yığan skandinaviyalı Stoiçkovun “Qızıl buts”unu ələ keçirməyə çalışır. Söhbət 1994-cü ildə keçirilən dünya çempionatının əm yaxşı bombardirinə verilən mükafatdan gedir. Adı açıqlanmayan isveçli futbol veteranına 1 milyon avro təklif edib. Lakin Stoiçkov bundan imtina edib və bildirib ki, dünyada heç nə onu bu mükafatdan ayıra bilməz.
Qeyd edək ki, ABŞ-da keçirilən mundialda 2 “Qızıl buts” təqdim olunmuşdu: biri Stoiçkova, digəri rusiyalı Oleq Salenkoya.

0
0