“Neftçi”nin futbolçuları qızlarla görüşəcək
09.03.2011 - 14:38
17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, gələn il ölkəmizdə keçiriləcək dünya çempionatına hazırlaşan Sissi Raytın yetirmələri sabah yoxlama oyununda qüvvəsini sınayacaq. Yığmamız “Neftçi” klubunun 1998-ci il təvəllüdlü oğlanlardan təşkil olunmuş komandası ilə görüşəcək. Bu oyun Şağan Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq.
Qeyd edək ki, “Neftçi” ilə qızlardan ibarət yığmanın görüşü saat 17:00-da başlayacaq.
Mənbə: affa.az
Qeyd edək ki, “Neftçi” ilə qızlardan ibarət yığmanın görüşü saat 17:00-da başlayacaq.
Mənbə: affa.az
0
0