AFFA aksiya keçirdi - FOTOSESSİYA
09.03.2011 - 14:51
AFFA Park Bulvar Alış-Veriş Mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə aksiya keçirib. Apasport.az saytının məlumatına görə, tədbirin məqsədi Azərbaycan qadınlarını Beynəlxalq Qadınlar günü münasibətilə təbrik etmək və 17 yaşadək qızlardan ibarət komandalar arasında 2012-ci ildə Azərbaycanda keçiriləcək dünya çempionatının təbliğatını gücləndirmək olub.
Aksiya çərçivəsində qadınlara hədiyyələr paylanıb. AFFA-nın sifarişi ilə qadın futbolunun təbliğatının gücləndirilməsi məqsədilə çəkilən “Sən də bacararsan” filminin 4 seriyasının yerləşdirildiyi CD də xanımlara təqdim edilən hədiyyələr arasında olub.
Hədiyyə təqdim olunan xanımlarımız 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasına öz arzularını Park Bulvar Alış-Veriş Mərkəzində quraşdırılan xüsusi bannerin üzərində qeyd ediblər.

0
0