“Mənə həmin epizoda baxmağa qoymadılar”
09.03.2011 - 15:07
“Mənə həmin epizod haqda danışmaq çətindir. Çünki nə baş verdiyi yadıma gəlmir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun kapitanı Kamran Ağayev deyib.
Milli komandamızın da əsas qapıçısı olan Ağayev Azərbaycan kubokunun 1/4 final mərhələsində “Neftçi” ilə Lənkərandakı cavab oyununun II hissəsində rəqib hücumçu Bahodir Nasimovla toqquşmadan sonra yerdə qaldı. Huşunu itirən Ağayevə təcili-tibbi yardım göstərildi. Ancaq qapıçı həkimlərin köməyi ilə ayağı qalxandan sonra gözlənilmədən huşunu itirərək, yerə yıxıldı.
Onun sözlərinə görə, baş verənlərin çoxunu xatırlamır: “Yalnız o yadımdadır ki, topun üstünə tullanaraq, onu tutdum. Bundan sonranı xatırlamıram. Ayaq üstə olmuşam, başım hərlənib, yerə yıxılmışam. Ancaq bunun nə təhər olduğu yadımda deyil. Bu gün “Neftçi” ilə oyunumuzun videoyazısı göstərilib. Ancaq yolda olduğumuzdan, baxa bilmədim. Mənə həmin epizoda baxmamağı məsləhət gördülər. Çünki sabah belə epizoddan çəkinə bilərəm”.
Ağayev ilk dəfə belə halla üzləşmədiyini bildirib: “Bu, olimpiya yığmamızda oynadığı vaxtdan idim. 2003-04-cü illər olardı. Onda məşqdə başımdan xəsarət almışdım və 2 gün sonra oyanmışdım. Allaha şükür, indi vəziyyət qaydasındadır, özümü yaxşı hiss edirəm. Əvvəl necə idimsə, indi də eləyəm”.
25 yaşlı qapıçı Premyer Liqamızın bombardiri, yaxşı münasibətdə olduğu Bahodirdən incimir: “İnanmıram ki, Nasimov bunu bilərəkdən etsin. Ümumiyyətlə, rəqibə bilərəkdən xətər yetirmək centlmenliyə, idmana yaraşmayan hərəkətdir. Əsas odur ki, yarımfinala çıxdıq. “Neftçi”ni keçmək lazım idi, buna da nail olduq. Allahın köməyi ilə kubokun növbəti, çempionatın “altılıq” mərhələsində azarkeşlərimizi sevindirərik”.
Mehman SÜLEYMANOV

0
0