“Altılıq” başlamamış təqvim dəyişdi
09.03.2011 - 16:13
“Altılıq” başlamamış təqvim dəyişdi
Azərbaycan Premyer Liqasında final mərhələsinin ilk turunun oyunlarını başlanma saatı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “altılığ”a Zaqatalada start veriləcək.

“Simurq”la “Muğan” son turda olduğu kimi, yenə bu məkanda görüşəcəklər. Əslində, ilk turda oyunlar şənbə və bazara bərabər sayda bölünmüşdü. Ancaq təqvimdə edilən dəyişikliyə əsasən “Turan” – “Gəncə” oyunu bir gün sonraya keçirilib.

İlk “altılıq”da öncə “İnter”lə “Qarabağ” görüşəcək. AZAL da “İnter” kimi “Şəfa” oynadığından, “Xəzər Lənkəran”la ev matçı bir gün sonra baş tutacaq. Ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirən “Bakı” ilə “Neftçi”nin görüşündə birincilər əvvəlcə meydan sahibi olacaq.

12 mart

14:00. "Simurq" - "Muğan"
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

16:00. "İnter" - "Qarabağ"
Bakı. "Şəfa" stadionu

13 mart

14:00. AZAL - "Xəzər Lənkəran"
Bakı. "Şəfa" stadionu. Saat 14:00

14:00. MOİK - "Qəbələ"
Bakı. "Bakı" klubunun təlim-məşq bazasının stadionu

14:00. "Turan" - "Gəncə"
Tovuz. Şəhər stadion

16:00. "Bakı" - "Neftçi"
Tofiq Bəhramov adına Respublika stadionu