“Milan” və “Valensiya” Çempionlar Liqası ilə vidalaşdı
10.03.2011 - 01:34
UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, İspaniyanın “Barselona” və Ukraynanın “Şaxtyor” klublarının ardından “Tottenhem”lə (İngiltərə) “Şalke” (Almaniya) də 1/4 finala yüksəlib.
İngiltərədə yerli “Tottenhem”lə İtaliya çempionatının lideri “Milan” arasındakı qarşılaşmada qapılara top vurulmayıb. Bununla belə, ilk oyundakı qələbə ingilisləri 8 ən güclü sırasına çıxarıb.
İlk oyunda “Valensiya” ilə bərabərliyə (1:1) qalan “Şalke” isə əzmkar qələbə sayəsində istəyinə çatıb. 17-ci dəqiqədə qapısında top görən almanlar, bunun əvəzini artıqlaması ilə çıxıblar. Fasiləyədək bərabərlik topunu vuran “Şalke” ikinci hissədə daha iki dəfə ispanları məyus ediblər.
9 mart
“Tottenhem” (İngiltərə) – “Milan” (İtaliya) - 0:0
İlk oyun – 1:0
“Şalke” (Almaniya) – “Valensiya” (İspaniya) - 3:1
QOLLAR: Farfan, 40; 90; Qavranoviç, 53 - Rikardu Koşta, 17
İlk oyun – 1:1
8 mart
“Barselona” (İspaniya) – “Arsenal” (İngiltərə) – 3:1
QOLLAR:Messi, 45+1, 71-pen, Xavi, 69 - Buskets, 53-öz qapısına
İlk oyun – 1:2
“Şaxtyor” (Ukrayna) – “Roma” (İtaliya) – 3:0
QOLLAR:Hyubşman, 18, Villian, 58, Eduardu da Silva, 87
İlk oyun – 3:2

0
0