Yığmamız həvəskarlarla qarşılaşır
09.03.2011 - 16:59
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, Vəli Qasımovun yetirmələri Bakıda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində “Neftçi” ilə qarşılaşacaq. Yığmamız paytaxt təmsilçisinin həvəskar futbolçulardan ibarət komandası ilə görüşəcək. Sabah - martın 10-da keçiriləcək oyun Mərdəkandakı “Dalğa” stadionunda baş tutacaq.
Qeyd edək ki, matç saat 11:30-da başlayacaq.
Mənbə: affa.az
Qeyd edək ki, matç saat 11:30-da başlayacaq.
Mənbə: affa.az
0
0