Naci Şensoy: Fariz Yusifova halal olsun
09.03.2011 - 17:10
“Bu gün çox gözəl oyun göstərdik. AZAL-la hər iki görüşdə təcrübəsizlikdən qol buraxdıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan kubokunun 1/4 final mərhələsində mübarizəni dayandıran “Turan” klubunun baş məşqçisi Naci Şensoy deyib.
Türkiyəli mütəxəssis bildirib ki, komandası ilk “altılığ”a düşən AZAL-la başabaş oynayıb: “Futbolçularıma iradım yoxdur. Artıq kubok oyunu geridə qaldı, çempionat oyunlarına hazırlaşacağıq. Hakimə halal olsun, həm Fariz Yusifova, həm də AZAL klubuna simpatiyam artdı”.
AZAL-ın baş məşqçisi Nazim Süleymanov rəqibin oyununu qeyd edib: “İki oyunun nəticəsinə görə qələbə qazandıq. Futbolçularımı təbrik edirəm. "Turan" bu gün çox yaxşı oynadı, uğurlar arzulayıram".
Qeyd edək ki, evdə 2:0 hesabı ilə qalib gələn AZAL bu gün Tovuzdakı bərabərliyə qalmaqla (1:1), yarımfinala çıxıb.
Mənbə: pfl.az

0
0