“Belə hakimlik Azərbaycanda futbolun inkişafının qarşısını alır”
09.03.2011 - 17:37
“Belə hakimlik Azərbaycanda futbolun inkişafının qarşısını alır”
“Təəssüf edirəm ki, kubokda növbəti mərhələyə yüksələ bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun futbolçusu Flavinyo deyib.

Braziliyalı yarımmüdafiəçi komandasının növbəti dəfə “Xəzər Lənkəran”ı uda bilməməsini hakim səhvi ilə izah edib. O, klubun rəsmi internet saytına açıqlamasında baş hakim Vüsal Əliyevi qeyri-obyektivlikdə qınayıb: “Ancaq baş hakimin qeyri-obyektivliyi sayəsində rəqib bərabərliyə nail oldu. Çünki qapımıza qol vurulan epizodda təyin olunan cərimə zərbəsi absurd qərar idi. Bunu hər kəs gördü ki, həmin epizodda cərimə zərbəsi təyin edilməməli idi. Oyun ərzində rəqib futbolçular mənə qarşı hədsiz kobud oynayırdılar, ancaq hakimin fiti susurdu. Belə hakimlik ölkədə futbolun inkişafının qarşısını alır. Biz sadəcə, öz oyunumuzu oynayıb, nəyə qadir olduğumuzu sübut etmək istəyirik”.