Sonra da deyirlər ki, legioner limit azaldılsın...
09.03.2011 - 17:56
Azərbaycan kubokunun 1/4 final mərhələsi əcnəbi futbolçuların hegemonluğu ilə yadda qalıb. Apasport.az saytının məlumatına görə, baş tutan 8 oyunda vurulan bütün qollara legionerlər imza atıb. Onların vurduğu 15 topun qarşılığında yerli futbolçular susqunluqla “fərqləniblər”.
Gəlmələr ilk oyunlarda 10, cavab matçlarında isə 2 dəfə az - 5 dəfə rəqib qapısına yol tapıblar. Yerlilərin qol həsrətində olduğu mart qarşılaşmalarında braziliyalılar hamıdan çox – 4 dəfə fərqləniblər. Kosta-Rika və Rumıniyadan olan futbolçuların hərəyə 2 qolu var. Litva, Gürcüstan, Latviya, Syerra-Leone, Makedoniya, Albaniya və Bolqarıstan təmsilçiləri isə hərəyə 1 dəfə qol sevinci dadıblar.
Sonra da deyirlər ki, legioner limiti azaldılsın. Bəs görəsən, 1/4 finalda əcnəbilər oynamasaydı, yarımfinalçılar necə müəyyənləşəcəkdi? Qol vuranlar olmasa, bütün matçlar qolsuz bitərdi.
Qeyd edək ki, yerli futbolçuların Azərbaycan kubokunda son qolunu Rövşən Əmiraslanov vurub. “İnter”in yarımmüdafiəçisi 1/8 finalın dekabrın 8-də keçirilən və digər matçlardan gec – saat 16:00-da başlayan “Şuşa” ilə oyununda (4:1) görüşdə yekun nöqtəni qoyub. O, 85-ci dəqiqədə fərqlənmişdi.
1/4 final
İlk oyunlar
2 mart
AZAL - "Turan" - 2:0
Qvidas Yuska, 39; Nuqzar Kvirtiya, 43
3 mart
"Abşeron" - "İnter" - 0:1
Girts Karlsons, 79
"Qəbələ" - "Bakı" - 0:0
"Neftçi" - "Xəzər Lənkəran" - 3:4
Flavinyo, 32 (p.); 63; Slavko Georgiyevski, 70 - Uinston Parks, 12; Manuel Skarlatake, 36; Julius Vobay, 45+2; Andrei Mureşan, 61
Cavab oyunları
8 mart
"Bakı" - "Qəbələ" - 1:0
Jaba, 57
"İnter" - "Abşeron" - 0:0
"Xəzər Lənkəran" - "Neftçi" - 1:1
Uinston Parks, 22 – Flavinyo, 9
9 mart
"Turan" - AZAL - 1:1
Boris Kondev, 76 - Eleandro Pema, 63

0
0