Azərbaycan kubokunun dəyişməz ssenarisi
09.03.2011 - 18:19
Azərbaycan kubokunun yarımfinalçıları dəyişməz qaldı. Apasport.az saytının hesablamalarına görə, turnirdə ardıcıl 2-ci mövsümdür 1/2 final iştirakçıları eyni komandalardır.
Yəni, “Xəzər Lənkəran”, “Bakı” və “İnter” yenə finala doğru inamla irəliləyirlər. Fərq yalnız AZAL-ın adındadır ki, bu komanda ötən mövsüm “Olimpik-Şüvəlan” kimi çıxış edirdi. İstənilən halda, yarımfinalı yenə həmin “dördlük” təşkil edəcək. Ən maraqlısı odur ki, bu, 19-cu dəfə keçirilən Azərbaycan kubokunda ilk belə haldır.
Qeyd edək ki, ötən mövsüm 1/2 finalda “Xəzər Lənkəran” “Olimpik-Şüvəlan”la, “Bakı” “İnter”lə görüşmüşdü. Həmin vaxt finala çıxanlar, yəni “Xəzər Lənkəran”la “Bakı” bu dəfə yarımfinalda görüşəcək. Digər cütü isə bir il öncə finaldan kənarda qalanlar təşkil edəcək.

0
0