“Milan”, “Xəzər Lənkəran”, “Bakı”, “Muğan” bir arada
10.03.2011 - 10:13
“Milan”, “Xəzər Lənkəran”, “Bakı”, “Muğan” bir arada
Syerra-Leone milli komandasının baş məşqçisi Lars-Olaf Mattson Azərbaycan Premyer Liqasında baş verənləri diqqətlə izləyir. Apasport.az saytının məlumatına görə, buna Afrika təmsilçisinin üzvlərinin klublarımızda çıxış etməsi səbəb olub. Ayda 10 min ABŞ dolları maaş aldığını gizlətməyən 56 yaşlı isveçli mütəxəssis Avropada çıxış edən bütün legionerləri izləyə bilmədiyindən gileylənir. Lakin o, Azərbaycan kimi uzaq ölkələrdə çıxış edən yetirmələri ilə mütəmadi telefon əlaqəsi saxlayır: “Kiprdə, Azərbaycanda çıxış edən futbolçularımız var. İtaliyanın “Milan” klubunda çıxış edən Ronni Ştrasseri də unutmaq olmaz. İmkan daxilində onları diqqətdə saxlayıram. Bu oyunçuların bəziləri ilə görüşüb söhbət etmişəm. Görüşə bilmədiklərimlə isə telefonla danışıb vəziyyətləri ilə maraqlanmışam”.

Qeyd edək ki, ölkəmizdə çıxış edən 3 futbolçu Syerra-Leone yığmasının üzvləridir. Bunlar Julius Vobay (“Xəzər Lənkəran”), İbrahim Karqbo (“Bakı”) və Samuel Barlaydır (“Muğan”). “Qəbələ”də çıxış edən Əlhəssən Banqura da milliyə namizəd sayılır.
0