“Yuventus” Zidanı alır
10.03.2011 - 10:52
İtaliyanın “Yuventus” klubu Zidanı transfer etmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi bir vaxtlar klubun şərəfini qorumuş əfsanəvi Zinəddinin oğlunu heyətinə cəlb etmək istəyir.
Bu ayın 24-də 16 yaşını qeyd edəcək Entso hazırda atasının çalışdığı İspaniya “Real”ının yeniyetmələrdən ibarət komandasında çıxış edir. Oyun tərzi ilə atasını xatırladan kiçik Zidanın “Yuventus”un əvəzedici heyətində çıxış etməsi nəzərdə tutulub.
Qeyd edək ki, Zinəddin 1996-2001-ci illərdə “ağ-qaralar”ın heyətində top qovub. Bu müddətdə o, 2 çempionluq və 2 vitse-çempionluq qazanmaqla yanaşı 2 dəfə Çempionlar Liqasının finalçısı olub. Zidanın hesabında Qitələrarası kubok və Superkubok da var.

0
0