“Fiorentina” Fatih Terimi baş məşqçi postuna qaytarır
10.03.2011 - 11:44
Tanınmış türkiyəli mütəxəssis Fatih Terim İtaliyanın “Fiorentina” klubunun baş məşqçisi postuna qaytarılır. Apasport.az saytının məlumatına görə, hazırkı serbiyalı çalışdırıcı Sinişa Mixayloviçlə mövsümün sonunda yollarını ayıracaq klub rəhbərliyi onu “İmperator” ləqəbli 58 yaşlı məşqçi ilə əvəzləməyi planlaşdırır. Terim 2000-ci ildə “Qalatasaray”la UEFA kubokunu qazanandan sonra məhz “Fiorentina”nın sükanı arxasına yollanmışdı. Ancaq 2000/01 mövsümündə Florensiya klubunun prezidenti olan Vittorio Çeki Qori ilə arasındakı fikir ayrılığı üzündən postundan getməli olmuşdu.
Qeyd edək ki, Terim 2009-cu ilin oktyabrında Türkiyə yığmasından gedəndən sonra işsizdir. O, “Fiorentina”dan sonra “Milan”ı çalışdırsa da, orada da işi qısa müddətli olub.
Qeyd edək ki, Terim 2009-cu ilin oktyabrında Türkiyə yığmasından gedəndən sonra işsizdir. O, “Fiorentina”dan sonra “Milan”ı çalışdırsa da, orada da işi qısa müddətli olub.
- “Beşiktaş” Salih Özcan üçün hərəkətə keçdi - 3,5 milyon avro maaş
- Tilemans dubl etdi - Oyunun ən yaxşı futbolçusu seçildi
- Seneqal tarix yazdı - DÇ-da buna nail olan ilk Afrika millisi
- Sarr tarix yazdı - Seneqal millisinin rekordçusu oldu
- “Beşiktaş” Trossar üçün “Arsenal”la razılaşdı - Futbolçunun tələbləri bitmir
0
0