10 il əvvəl OİK, indi də “Neftçi”
10.03.2011 - 12:40
Azərbaycan kubokunun yarımfinal mərhələsində Bakının 3 komandası çıxış edəcək. Apasport.az saytının məlumatına görə, “Bakı”, “İnter” və AZAL klublarının 1/2 finala yüksəlməsi sayəsində ölkə kuboku tarixində 4-cü dəfə bu mərhələdə paytaxtın 3 komandası mübarizə aparacaq.
İndiyədək 1995/96, 2000/01 və 2009/10 mövsümlərində də oxşar hal yaşanmışdı. İlk 2 yarışda müvafiq olaraq, “Qarabağ” və “Turan” paytaxt “üçbucağ”ı ilə mübarizə aparmışdısa, ardıcıl 2-ci dəfə bu iş “Xəzər Lənkəran”ın üzərinə düşür.
15 il əvvəl “Neftçi”, “Xəzri” və “Bakı fəhləsi” ilə birlikdə yarımfinala çıxan ağdamlılar həlledici qarşılaşmayadək irəliləsə də, finalda məğlub olmuşdu. 2000/01 mövsümündə isə “Turan” “Dinamo-Bakılı” ilə birlikdə 1/2 finalda dayanıb, “Neftçi” – “Şəfa” finalını izləmişdi. Ötən yarışda isə “Xəzər Lənkəran” əyalət təmsilçilərinin imicini finaladək qorusa da, sonda “Bakı” sevinmişdi. Yarımfinalda isə “İnter”lə “Olimpik-Şüvəlan” dayanmışdı. Burdan belə qənaətə gəlmək olar ki, ən yaxşı 4 komanda sırasına 3 paytaxt təmsilçisi çıxanda, kubok Bakıda qalır.
Lakin bu il yarımfinalçıların hamısı paytaxtı təmsil edə bilərdi. Çünki “dördlük”də yer alan yeganə bölgə komandası da bakılıları məğlub edərək buna nail olub. Söhbət “Xəzər Lənkəran”ın “Neftçi” üçün “qırmızı işıq” yandırmasından gedir. Əgər “Neftçi” büdrəməsəydi, kubok tarixində ilk dəfə finalın 4 yolçusu da Bakı klubu olacaqdı. Paytaxt təmsilçiləri yalnız 2-ci dəfə idi ki, belə imkan qazanırdı.
Məsələ ondadır ki, 1995/96 və 2009/10 mövsümlərində 1/4 finalda 1 cütlükdə yalnız əyalət klubları üz-üzə gəliblər. Əvvəl “Qarabağ” “Sumqayıt”ı, sonra isə “Xəzər Lənkəran” ağdamlıları keçməklə 1/2 finala çıxıb. 10 il əvvəl isə “Turan”ın yarımfinal yolunu bağlamaq OİK-in üzərinə düşürdü. Həmin vaxt aşağı dəstədə çıxış edən “hərbçilər” istəyinə çatsaydı, “dördlük” paytaxt kubokuna çevriləcəkdi. Lakin OİK bu vəzifənin öhdəsindən gələ bilmədi.
Belə imkan bir də 10 il sonra yarandı ki, paytaxt derbisində uğur qazanan “İnter”ə daha 3 Bakı komanda qoşula bilərdi. Lakin AZAL və “Bakı”dan fərqli, “Neftçi” öz azarkeşlərini məyus etdi. 7 illik kubok həsrətinə bu dəfə də davam verən “ağ-qaralar” yarışda ilk dəfə bakılıların aşkar hegemonluq etməsinə də mane oldu.
Paytaxt klubları kubokun yarımfinalında
1992 – 2
1993 – 1
1993/94 – 0
1994/95 – 2
1995/96 – 3
1996/97 – 1
1997/98 – 2
1998/99 – 1
1999/2000 – 1
2000/01 – 3
2003/04 – 2
2004/05 – 2
2005/06 – 1
2006/07 – 2
2007/08 – 2
2008/09 – 2
2009/10 – 3
2010/11 – 3

0
0