Danışılmış oyunlarla bağlı araşdırma başladı
10.03.2011 - 14:27
FİFA danışılmış yoxlama oyunları ilə bağlı araşdırmaya başlayıb. Apasport.az saytının məlumatına görə, ötən ay keçirilən Boliviya – Latviya və Estoniya – Bolqarıstan matçları ilə bağlı 6 rəsmi şəxs təhqiqatlara cəlb olunub.
Fevralın 9-da Türkiyənin Antalya şəhərində baş tutan görüşlərin nəticələrinin danışılmış olduğunu hələ təsdiqlənməyən FİFA bu halın mümkünlüyündən şübhələnir.
Qeyd edək ki, hər 2 şübhəli oyunda Azərbaycan klublarının üzvləri də olublar. “Bakı”nın baş məşqçisi Aleksandr Starkov Latviya yığmasının çalışdırıcısı, Andrey Rubin (“Qarabağ”), Girts Karlson (“İnter”) və Ritus Krjauklis (AZAL) oyunçusu kimi çıxış ediblər. Dmitri Kruqlov isə (“İnter”) Estoniya yığmasının heyətində meydana çıxıb.

0
0