“Azərbaycandan yaxşı təklif almışdım”
10.03.2011 - 14:56
“Azərbaycandan yaxşı təklif almışdım”
Moldova milli komandasının futbolçusu İqor Sıqırlaş Ukrayna mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, bu ölkədə Zaporojye “Metallurq”una məxsus 26 yaşlı yarımmüdafiəçi icarəyə verildiyi “Çernomorets” klubundakı işlərindən danışıb.

O, Latviyanın “Ventspils” klubundan ayrıldığı vaxtları da xatırlayaraq, Azərbaycanda oynamaq təklifindən imtinasının səbəblərini izah edib: “Ventspils”lə müqaviləm başa çatanda Latviyada maliyyə böhranı başlamışdı. Klubdakı son yarım ildə də baş məşqçi artıq Roman Qriqorçuk deyil, italiyalı Nunsio Dzavettyeri idi. Həmin vaxt Azərbaycan və Rusiyadan yaxşı təkliflər aldım. Lakin məmnuniyyətlə “Metallurq”a keçdim. Həmin vaxt komandanı Qriqorçuk çalışdırırdı”.

Qeyd edək ki, Sıqırlaşı transfer etmək istəyən klub “Bakı” idi.