AFFA “Xəzər Lənkəran”ı yenə cəzalandırdı
10.03.2011 - 15:50
AFFA “Xəzər Lənkəran”ı yenə cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında baş verənlər müzakirə olunub.

“Xəzər Lənkəran” – “Neftçi” matçının 45 və 86-cı dəqiqələrində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün cənub təmsilçisi 2000 manat cərimə olunub.

“İnter” – “Abşeron” qarşılaşmasında isə hər 2 komanda ziyana düşüb. “İnter” 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat, “Abşeron” isə meydandan qovulan Timur İsrafilova görə 20 manat ödəməli olacaq. Milliləşən legionerin özü isə 1 matçlıq cəzalanıb.