“İstədiyimiz kimi oynasaq, rəqibin fərqi yoxdur”
10.03.2011 - 16:31
“İstədiyimiz kimi oynasaq, rəqibin fərqi yoxdur”
“İlk oyun olduğu üçün tərəflər bir qədər həyəcanlı olacaq. Amma biz “İnter”lə matça 3 xal üçün çıxacağıq. Ümumiyyətlə, bütün oyunlarda qələbə üçün mübarizə aparırıq”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Ansi Aqolli deyib.

Albaniyalı futbolçu Azərbaycan Premyer Liqasının final mərhələsinin ilk oyunu ərəfəsində klubun rəsmi saytına açıqlama verib: “Cari birincilikdə ilk dəfə “İnter”ə məğlub olmuşuq. Rəqibin bəlli bir oyun sistemi var. Kubokda oynamalarının onlara əlavə bir yorğunluq gətirdiyinə inanmıram. Biz bu haqda heç düşünmürük də. İstədiyimiz kimi oynadıqdan sonra rəqibin fərqi yoxdur. Qışdan sonra komandamızın heyəti yetərincə genişlənib. Bunun bizə final mərhələsində faydalı olacağını düşünürəm. Bilirik ki, bu məqamda hər bir xal çox qiymətlidir”.

Aqolli bildirib ki, hər bir oyuna final matçı kimi baxırlar: “Altılıq”dakı digər komandaların da iddialı olması, mübarizəni maraqlı edəcək. Amma qeyd etdiyim kimi, biz istədiyimiz kimi oynadıqdan sonra rəqib bizim üçün maraqlı olmur. İnanıram ki, çempionatın sonunda azarkeşlərimizi sevindirəcək nəticə əldə edə biləcəyik”.
0