Millimiz avropalıları məğlub etdi
10.03.2011 - 17:13
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin İzmir şəhərində təşkil olunmuş beynəlxalq turnirin qrup mərhələsində sonuncu oyununu keçirib. Apasport.az saytının məlumatına görə, ilk 2 turda eyni hesablı (1:1) heç-heçələri sıralayan Təbriz Həsənovun yetirmələri bu dəfə qələbə qazanıb. Türkiyəni təmsil edən Avropa region yığması ilə qarşılaşan komandamız 3:2 hesablı qələbəyə sevinib. Yığmamızın heyətində David Qarayev, Ruslan Abdullayev və Ruslan Nəsirli fərqlənib.
- İbrahim Piriyev əməliyyat olunub
- İngiltərə millisində virus təhlükəsi - Rays heyətdən çıxarıldı
- Buaddi: “Mərakeşi seçdiyimə görə zərrə qədər peşman deyiləm”
- “Qalatasaray” fransalı futbolçu ilə razılaşdı - 27 milyon avroluq paket
- "Fənərbaxça" rəsmisi “Qalatasaray” nümayəndəsinin əlini sıxmadı - VİDEO
0
0