Kamran Ağayev üçün əlamətdar hadisə
10.03.2011 - 17:25
Kamran Ağayev üçün əlamətdar hadisə
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə cavab oyunu “Xəzər Lənkəran”ın kapitanı Kamran Ağayev üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 25 yaşlı qapıçı Lənkəranda 1:1 hesabı ilə bitən matçda çıxdığı kapitan sarğısı ilə rekord vurub.

Məsələ ondadır ki, Ağayev karyerasında 59-cu dəfə matça “Xəzər Lənkəran”ın kapitanı kimi çıxıb. Bununla da o, Mahmud Qurbanovun rekordunu təkrarlayıb. İlk dəfə komandanın kapitan sarğısını ötən mövsüm daşıyan qapıçı həmin – 2009/10 mövsümündə 36 dəfə bu şərəfə nail olmuşdu: 30 çempionat və 6 kubok matçı. Cari mövsüm isə Avroliqanın 2, çempionatın 19 və kubokun 2 matçında Kamran “Xəzər Lənkəran”ı meydana kapitan kimi çıxarıb. Bununla da Mahmuda məxsus rekord təkrarlanıb. Lakin ikihakimiyyətlilik elə bu həftə başa çata bilər. Çünki növbəti turda – martın 13-də AZAL-la səfər oyununda Ağayev “Xəzər Lənkəran” tarixinin vahid rekordçu-kapitanı kimi tarixə düşəcək.

Qeyd edək ki, bu günə qədər 250 dəfə meydana çıxan cənub təmsilçisinin tarixinə 18 kapitan düşüb. Düzdür, klub tarixində 250 deyil, 251 matç var. Lakin onlardan biri “Şəfa” üzərində texniki qələbə (2004/05 mövsümü, çempionat) olduğundan, yalnız 250 dəfə kapitana ehtiyac olub.


“Xəzər Lənkəran”ın kapitanları
1-2. Kamran Ağayev - 59
Mahmud Qurbanov - 59
3. Emin Quliyev - 25
4. Samir Əliyev - 24
5. Zaur Ramazanov - 23
6. Dmitri Kramarenko - 19
7. Arif Əsədov - 14
8. Elmar Baxşıyev - 10
9. Bəxtiyar Musayev - 4
10. Alim Qurbanov - 3
11-12. Füzuli Məmmədov - 2
Junior Osvaldo - 2
13-18. Aleksandr Martyoşkin - 1
Ədəhim Niftəliyev - 1
Rəşad Abdullayev - 1
Rahid Əmirqulıiyev - 1
Xaqani Məmmədov - 1
Ruslan Poladov – 1

Mənbə: lankaranfc.com