Slavço Georgiyevski: Məni legioner kimi qələmə verməyin
10.03.2011 - 17:39
“Neftçi”də oynadığım və karyeramı bu komandada davam etdirdiyim üçün məmnunam”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “Neftçi” klubunun makedoniyalı futbolçusu Slavço Georgiyevski deyib.
Milli komandasının üzvü olan yarımmüdafiəçi cari mövsümdən ölkəmizdə oynayır. Slavço yerli və əcnəbi futbolçular arasında ayrı-seçkiliyin edilmədiyini bildirib: “Mən burada özümü legioner kimi hiss etmirəm. Əcnəbi olmağımız yalnız sənəd üzərindədir. “Neftçi”də yaxşı ab-hava yaradılıb ki, bunda rəhbərliyin böyük əməyi var. Biz bir kollektiv, ailəyik. Burada özümüzə qarşı doğmalıq hiss edirik. Belə münasibət məni sevindirir. Ona görə bizi legioner kimi yox, “Neftçi”nin futbolçusu kimi təqdim edilməsini daha düzgün sayırıq”.
Georgiyevskinin sözlərinə görə, “Neftçi” - “Xəzər Lənkəran” oyunlarının iştirakçısı olmaqdan zövq qalıb: “Xəzər Lənkəran”a qarşı 4 dəfə oynamışam. Belə maraqlı, gərgin oyunlar Azərbaycan futbolunun səviyyəsini qaldırır. Onunla daha 2 görüşümüz var və həmin “altılıq” matçlarında qalib gəlməyə çalışacağıq. Ancaq bunu təkcə “Xəzər Lənkəran”la yox, “İnter”, “Qarabağ”, “Bakı” və AZAL-la oyunlarda da etmək lazımdır. Çünki bunların hamısı “altılıq” iştirakçılarıdır. Bütün rəqiblərimizə hörmət edirik və onlarla oyunlara da derbi kimi baxırıq. Qarşımızda çempionluq vəzifəsi durur və məqsədimizə çatmağa çalışacağıq”.
Mehman SÜLEYMANOV

0
0