Tahir Süleymanov: 25-30 legioner gətirən klublar heç bu qədər tənqid olunmur
10.03.2011 - 18:00
“Neftçi”nin baş məşqçisi də, kadrları da yerlidir. Türkiyəli Mehmet Ak isə bizim üçün əcnəbi sayılmır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov deyib.
Klub rəsmisi bu gün keçirilən mətbuat konfransında komandasının çox tənqid olunmasından narazılığını bildirib: “Neftçi” “Qarabağ”la yanaşı, ən azı legioner oynadan 2 klubdan biridir. Bu 2 komandanı çıxmaqla, digərlərinin heyətində 17-18 yaşlı futbolçular oynamır. Ölkəmizə 25-30 legioner gətirən klublar heç bu qədər tənqid olunmur”.
Qeyd edək ki, “Neftçi” bu gün keçirdiyi mətbuat konfransında gələcək planlar və komanda ətrafında yaranan söz-söhbətlərə aydınlıq gətirmək məqsədi daşıyırdı.

0
0