Yığmamızın baş məşqçisi əsas problemi göstərdi
10.03.2011 - 17:51
“Rəqibin bizimlə oyuna qədər turnirdə cəmi bir xal qazanmasına baxmayaraq, çox çətin qarşılaşma oldu. Yenə də qol vura bilməmək problemi özünü büruzə verdi”. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov deyib.
Gənc mütəxəssis İzmir şəhərində təşkil olunmuş beynəlxalq turnirin qrup mərhələsində son oyunundan razı qalıb. O, Türkiyənin Avropa regional yığması üzərində 3:2 hesabı ilə qazanılan qələbənin layiqli olduğunu düşünür: “Kifayət qədər təhlükəli vəziyyət yaratsaq da, onların çoxundan istifadə edə bilmədik. Hesabda iki dəfə önə keçdik. Lakin rəqib bərabərlik qolunu vura bildi. Bununla belə, futbolçularımız sonda özlərində güc tapıb layiq olduqları qələbəni qazandılar”.

- İbrahim Piriyev əməliyyat olunub
- İngiltərə millisində virus təhlükəsi - Rays heyətdən çıxarıldı
- Buaddi: “Mərakeşi seçdiyimə görə zərrə qədər peşman deyiləm”
- “Qalatasaray” fransalı futbolçu ilə razılaşdı - 27 milyon avroluq paket
- "Fənərbaxça" rəsmisi “Qalatasaray” nümayəndəsinin əlini sıxmadı - VİDEO
0
0