Zeynal Məmmədov: Buna görə, mətbuat konfransı keçirməyə ehtiyac yox idi
10.03.2011 - 18:58
“Tahir Süleymanov nə deyirsə, düz deyir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.
Məmmədov “Neftçi” klubundakı həmkarı Tahir Süleymanovun bu gün keçirilən mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirib. Belə ki, Süleymanov dolayısı ilə jurnalistlərə “gedin, legionerləri çox olan klubları tənqid edin” deyib. “Bakı” rəsmisi isə həmkarının fikirlərini gülüşlə qarşılayıb: “Vaxtilə bizi də tənqid ediblər. Əgər nəticə qazanmaq istəyirsənsə, əlbəttə ki, legioner gətirməlisən. Əcnəbi yerli futbolçudan güclüdürsə, niyə də transfer etməyəsən? Belə şeylərə fikir vermək lazım deyil. Fikrimcə, buna görə, mətbuat konfransı keçirməyə ehtiyac yox idi”.
“Bakı” ilə yanaşı, Premyer Liqanın təsnifat mərhələsində ən çox legionerə güvənən “Xəzər Lənkəran” rəhbərliyi də Süleymanovun fikirləri ilə razı deyil. Klubun vitse-prezidenti Tuyqun Nadirov həmkarının “Neftçi”nin öz heyətinə də baxmasını lazım bilir: “Birinci mərhələdə “Neftçi”nin özündə də az legioner olmayıb. Onlar 12 əcnəbi oynadıb ki, məncə bu rəqəm də az deyil. Tahir Süleymanov bunu deyəndə, nə fikirləşibsə onu özü bilir. Niyə çox legioner gətirənlər tənqid olunmalıdır ki? “Xəzər Lənkəran” legionerlərinin 99 faizindən fayda görüb. Heç vaxt lazımsız legioner gətirməmişik. Transfer etdiklərimiz də nəticə veriblər. Nə vaxt meydana 11 legionerlə çıxmışıq ki? Komandada Azərbaycan millisinin 4 üzvü var ki, daim oynayırlar”.
Nadirov, həmçinin mətbuat konfransının lazımsız olduğunu vurğulayıb: “Ümumiyyətlə “Neftçi”nin keçirdiyi mətbuat konfransının məzmununu başa düşə bilmədim. Hər şeydə bir məqsəd olur. Lakin bu tədbir nə məqsədə xidmət edirdi, bunu bilmədim. Yəqin onlar klub rəhbərliyini göstərmək istəyiblər ki, necə işləyirlər. Həm də ki, “Xəzər Lənkəran”la “Neftçi” arasında hər 2 oyun canlı yayımlanırdı. Azərbaycanda da futbol sevilir və hamının bu idman növündən başı çıxır. Onlar nə baş verdiyini gördülər. Xalqın gözü tərəzidir, hər şeyə onlar qiymət versə yaxşıdır. Anar Salmanovun ilk oyundakı biabırçılıqlarını da hamı gördü. Ona görə də bugünkü təbirə heç ehtiyac yox idi”.

0
0