“Moldova futbolu Azərbaycandan geri qalmır”
11.03.2011 - 10:10
“Moldova futbolu Azərbaycandan geri qalmır”
“Düşünürəm ki, Azərbaycan və Özbəkistan futbolu Moldovanı yalnız maddi məsələlərdə qabaqlayır. Bu ölkələrin klublarının büdcələri və buna uyğun olaraq futbolçu və məşqçilərin maaşları daha yüksəkdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri tanınmış futbolçu və məşqçi İqor Dobrovolski deyib.

Hazırda Moldovanın “Daçiya” klubunun baş məşqçisi olan mütəxəssis Azərbaycan futbolunun bu ölkədən qabaqda olması haqda fikirlərlə razı deyil: “Bu məsələdə hərənin öz fikri ola bilər. Amma mənim fikrimcə futbolun səviyyəsinə görə nə Azərbaycan, nə də Özbəkistan Moldovadan qabaqdadır. Bu qənaətə Moldova komandalarının bu ölkə təmsilçiləri ilə oyunların nəticələrinə əsasən gəlmişəm. Fakt budur ki, moldovalılar daha çox qalib gəlir”.