AFFA “Xəzər Lənkəran”a “yox” dedi
11.03.2011 - 12:06
AFFA “Xəzər Lənkəran”a “yox” dedi
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda “Xəzər Lənkəran” klubunun şikayətinə baxılıb.

Baş məşqçi Mirça Rednikin 5 oyunluq cəzasının və Stelian Stankuya göstərilmiş sarı vərəqənin ləğv olunması ilə bağlı müraciət müzakirə olunub. Apellyasiya və Ekspert Komitəsi İntizam Komitəsinin qərarlarının qüvvədə saxlanılmasını lazım bilib.