Naci Şensoy: “Gəncə” çox tərs komandadır
11.03.2011 - 12:20
“Kim deyir ki, komandadan çıxarılmışam? Bu, dedi-qodudan başqa bir şey deyil. Bəyəm, AZAL “Turan”dan çox güclü oynadı ki, buna görə də istefa verim?” Bu sözləri apasport.az saytına açıqlamasında “Turan”ın baş məşqçisi Naci Şensoy deyib.
Qış transfer dövründə heyətə bir neçə legioner dəvət edən “Turan”ın məqsədi kubokda mərhələ adlamaq olsa da, bunu bacarmadı. Məhz bu səbəbdən də AZAL-la cavab oyunundan sonra Şensoyun istefaya göndəriləcəyi barədə xəbərlər yayıldı.
Əslində, hələ paytaxtdakı oyunun fasiləsində klub prezidenti ilə baş məşqçi arasında “söz atışması” da yaşanmışdı. Lakin türkiyəli çalışdırıcı bunun həqiqət olmadığını bildirib: “Bəli, kubokda 1-2 mərhələ adlamaq istəyirdik. Ancaq kuboku qazanmaq “Turan”ın həddi deyil. Bu haqda heç düşünməyin də”.
Sonda baş məşqçi qarşıdakı oyunlar haqda da danışdı: “Gəncə” çox tərs komandadır. Evdə “Xəzər Lənkəran” kimi kluba 4 top vurub, səfərdə 5-ni buraxır. 10 oyunumuz var və bu görüşlərdən istifadə edib, layiq olduğumuz yerə yüksələcəyik”.

0
0