“Altılıq” start götürür: Liderləri çətin səfər sınağı gözləyir
11.03.2011 - 12:33
“Altılıq” start götürür: Liderləri çətin səfər sınağı gözləyir
Sabah Azərbaycan Premyer Liqasında final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, futbol ictimaiyyətinin əsas diqqəti ilk “altılıq” oyunlarına yönələcək.

Həlledici mərhələdə 2 aylıq marafondan sonra mükafatçılar müəyyənləşəcək.
Təqvimə görə, ilk “üçlük” sonrakı “üçlüy”ün qonağı olacaq. İlk “altılığ”ın açılış oyununu turun mərkəzi görüşü saymaq olar.

Hər halda, turnir cədvəlində qonşu olan “Qarabağ”la “İnter” çempionluq şanslarını saxlayırlar. Ancaq öz aralarındakı görüşdə uduzanın qızıl medallara şansının xeyli azaldacağını demək olar. Onu nəzərə alaq ki, ötən mövsümdən fərqli, bu dəfə “altılıq” qızıl xallar üzrə keçirilməyəcək və ilk mərhələdəki xallar nəzərə alınacaq.

Çempionluğa ən real namizədlər “Neftçi” ilə “Xəzər Lənkəran” bu turda səfər oyununa çıxacaqlar. Düzdür, “Neftçi” də “Bakı” kimi ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirdiyindən, doğma arenada nominal qonaq olacaq. Bakı derbisinin maraqlı mübarizə şəraitində keçəcəyi şübhə doğurmur. Bu ildən “Bakı”nı çalışdıran latviyalı Aleksandr Starkov ilk dəfə “Neftçi” ilə görüşəcək. Onun almaniyalı sələfi Vinfred Şafer flaqmana evdə uduzmuş, səfərdə bunun əvəzini eyni hesabla çıxmışdı. “Neftçi” növbəti qələbəsini qazanıb, liderliyini möhkəmlətməyə, “Bakı” isə xal ehtiyatını artırmağa çalışacaq.

“Nefçi”nin ən yaxın izləyicisi “Xəzər Lənkəran” isə liderliyi yenidən ələ keçirmək iddiasındadır. Rəqib ilk dövrədə hər iki oyunda minimal hesabla üstələnən AZAL-dır. Lənkəran klubunun baş məşqçisi Mirça Rednikə AFFA-nın 5 oyunluq cəzası yalnız kuboku aid olduğundan, yenidən “texniki zona”da yer alacaq. Əvəzinə onun köməkçisi olan həmyerlisi Mihai Teja cəza üzündən, “altılığ”ın ilk turunu tribunadan izləməli olacaq.

İkinci “altılığ”a gəlincə, “Simurq”la “Muğan” son 2 həftədə 2-ci dəfə Zaqatalada görüşəcəklər. Tovuzda bir-birlərinə çox yaxşı tanış olan komandalar üzləşərək, Qərb derbisini təşkil edəcək. “Qəbələ”yə böyük ümidlərlə gətirilən, ancaq həm “altılıq”dan, həm də kubokdan kənarda qalan Toni Adams ölkəmizdə ilk xalını qazandığı MOİK-lə görüşəcək.

12 mart

14:00. "Simurq" - "Muğan"
Hakimlər: Ceyhun Haşımov, Rahil Ramazanov, Samir Hacıyev, Rasim Məmmədov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
İlk mərhələdəki oyunlar – 0:1, 0:1

16:00. "İnter" - "Qarabağ"
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Azər Əsgərov, Elnur Muradov
Bakı. "Şəfa" stadionu
İlk mərhələdəki oyunlar - 1:0, 0:1

13 mart

14:00. "Turan" - "Gəncə"
Hakimlər: Anar Salmanov, Aydın Ələkbərov, Zeynal Zeynalov, Hacıəli Ağayev
Tovuz. Şəhər stadionu
İlk mərhələdəki oyunlar – 1:1, 2:1

14:00. MOİK - "Qəbələ"
Hakimlər: Əliyar Ağayev, Ramiz Əsədov, Coşqun Həsənov, Feyzulla Feyzullayev
Bakı. “Bakı” klubunun təlim-məşq bazasının stadionu
İlk mərhələdəki oyunlar – 0:0, 0:3

14:00. AZAL - "Xəzər Lənkəran"
Hakimlər: Rövşən Əhmədov, Habil Əliyev, Yaşar Abbasov, Elvin Əsgərov
Bakı. "Şəfa" stadionu
İlk mərhələdəki oyunlar – 0:1, 1:2

16:00. "Bakı" - "Neftçi"
Hakimlər: Əfqan Həmzəyev, Roman Vasilyev, Eldar Nağıbəyov, Rəhim Həsənov
Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyunlar – 0:2, 2:0

Turnir cədvəli

1

Neftçi

22

14

6

2

40-9

48

2

Xəzər L

22

14

5

3

28-12

47

3

Qarabağ

22

13

3

6

30-14

42

4

İnter

22

12

4

6

24-16

40

5

AZAL

22

9

9

4

27-16

36

6

Bakı

22

9

6

7

28-21

33

7

Qəbələ

22

8

7

7

19-14

31

8

Muğan

22

7

6

9

14-23

27

9

Gəncə

22

5

9

8

23-27

24

10

Turan

22

3

6

13

17-35

15

11

Simurq

22

2

6

14

12-34

12

12

MOİK

22

1

3

18

6-47

6


Bombardir: Bahodir Nasimov ( Neftçi ) – 15
0