“Xəzər Lənkəran”ın sabiq futbolçusu “Rapid”lə müqavilə bağladı
11.03.2011 - 13:56
“Xəzər Lənkəran”ın sabiq futbolçusu “Rapid”lə müqavilə bağladı
“Xəzər Lənkəran”ın sabiq futbolçusu Denis Kalinkov özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, ötən yay ölkəmizdən gedəndən sonra klubsuz qalan 25 yaşlı moldovalı yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək.

Kalinkov Qidiqiçanın “Rapid” klubu ilə müqavilə bağlayıb. Anlaşmanın müddəti bu ilin sonuna kimi nəzərdə tutulub. Yığmasının üzvü olan Denis yaxınlarda AEK-də baxışda olsa da, keçidi alınmadığından vətənə dönmüşdü.

Qeyd edək ki, “Xəzər Lənkəran” ötən mövsüm bitən kimi Kalinkovdan imtina etmişdi.