Tanınmış futbolçularımız kursa gedirlər - FOTO
11.03.2011 - 14:25
Tanınmış futbolçularımız kursa gedirlər - FOTO
AFFA B kateqoriyalı məşqçi kursu keçirir. Apasport.az saytının məlumatına görə, Bakıda təşkil olunan kursa bir sıra tanınmış futbolçularımız qatılıb.

Bunlardan, xüsusilə Ağdamın “Qarabağ” klubunun kapitanı Aslan Kərimovu qeyd etmək olar. Hazırkı çempionatımızın ən yaşlı futbolçusu olan 38 yaşlı Aslan cari mövsümün sonunda karyerasını bitirməyi qətiləşdirib.

Bir vaxtlar Berti Foqtsun mütəmadi milli komandaya çağırdığı, çimərlik futbolunda və futzalında özünü sınamış 31 yaşlı Zeynal Zeynalov da məşqçiliyin sirlərini öyrənməyə başlayıb. Uzun illər “Neftçi”də oynamış, hazırda “İnter”in seleksiyaçı-məşqçisi olan Zaur İsmayılov, “Şəmkir”in və yığmamızın sabiq futbolçusu, milli çempionatda ən çox oyun keçirənlərdən olan Mehman Yunusov da kursa qatılıb. 42 yaşlı Yunusov indiyə kimi “İnter” və “Karvan”da məşqçi kimi çalışıb.

Qeyd edək ki, kursları almaniyalı mütəxəssis, U-15 və U-16-nı çalışdıran Nikolay Adam keçir.