Messini almaq istəyən klub prezidenti cəzalandırıldı
11.03.2011 - 14:43
Messini almaq istəyən klub prezidenti cəzalandırıldı
Son 2 ildə dünyanın ən yaxşı futbolçusu seçilən Lionel Messinin transferi ilə bağlı gülməli hadisə baş verib. Apasport.az saytının məlumatına görə, Fransa çempionatının aşağı divizionunda mübarizə aparan “Born” klubunun prezidenti Sedrik Enjolras “Barselona”nın 24 yaşlı argentinalı oyunçusunu almaq istəyinə düşdüyü üçün cəzalandırılıb. Cəza qərarını isə Fransa Futbol Federasiyası (FFF) çıxarıb.

Məsələ ondadır ki, Enjolras dostları ilə görüşlərin birində Messini almağa hazırlaşdığını bildirib və “Barselona”ya Argentina yığmasının üzvünü alması ilə bağlı rəsmi məktub göndərib.

Həmin məktuba isə FFF-da baxılıb və reqlamentin pozulduğu aşkarlanıb. İş ondadır ki, Fransa qanunvericiliyinə əsasən, Enjolras məktubu öncə federasiyaya, federasiya isə öz növbəsində “Barselona”ya göndərməlidir. Federasiyanın adı açıqlanmayan rəsmisi bildirib ki, onlar belə şeyə yol verilə bilməzdilər: “Ola bilsin ki, bu bir zarafatdır. Ancaq biz bunu izləyib, müvafiq qərarlar çıxarmaq üçünük”.

“Born”un prezidenti baş verənləri görə təəssüflənsə də, 6 aylıq diskvalifikasiyadan canını qurtara bilməyib.