1 ildə 3 baş məşqçi
11.03.2011 - 14:57
Tunis millisinin baş məşqçi postunda növbəti dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, vaxtilə yığmada oynamış Sami Trabelsa yenidən komandanın “sükanı arxasına” keçib.
43 yaşlı mütəxəssisin qarşısına millini gələn il keçiriləcək Afrika Millətlər Kubokunun final mərhələsinə çıxarmaq vəzifəsi qoyulub. O, 2011-ci ildə komandanı çalışdıracaq 3-cü məşqçi olub.
Yanvarın əvvəlində kənar təzyiqlərdən bezərək, istefa verən Fauzi Benzartidən sonra bu posta Əmmar Suayya gəlmişdi. Lakin o, ölkədəki siyasi dəyişikliklərdən sonra yığmada çalışmaqdan imtina edib. Trabelsa 2010-cu ildə də çoxsaylı baş məşqçi dəyişiklikləri zamanı qısa müddət bu vəzifədə çalışıb.
Qeyd edək ki, 1994-2001-ci illərdə millinin şərəfini qorumuş Trabelsa karyerası Azərbaycanla bağlı olan futbolçularla komanda yoldaşı olub. “Karvan” və “Olimpik”də çıxış etmiş Bəşir Müqədi və “Karvan”ın digər tunislisi Əmir Mkadmi yığmada Trabelsa ilə çiyin-çiyinə oynayıblar.

0
0