AZAL “Xəzər Lənkəran”a qarşı zəif heyətlə çıxacaq
11.03.2011 - 15:12
AZAL “Xəzər Lənkəran”a qarşı zəif heyətlə çıxacaq
AZAL Azərbaycan Premyer Liqasının “altılığ”ın ilk turunda “Xəzər Lənkəran”la ev oyunu öncəsi ciddi problemlərlə üzləşib. Apasport.az saytına verilən məlumata görə, “təyyarəçilər”i martın 13-də keçiriləcək görüş öncəsi zədə epidemiyası bürüyüb.

Yerli futbolçular Elvin Əliyev və Vüsal Qarayevlə yanaşı, belaruslu Gennadi Bliznyuk, nigeriyalı Pius İkediya, gürcü Nuqzar Kvirtiya, bolqar Robert Petrov oxşar problemlə üzləşiblər. Bu azmış kimi, komandanın mərakeşli lideri Zohair Benauhi məşqdə zədəsini təzələyib. Kapitan Aqil Nəbiyev isə cəzalı duruma düşdüyündən, “Xəəzr Lənkəran”a qarşı oynamayacaq.

Qeyd edək ki, hazırlığına ara verməyən paytaxt klubu “Airoport” otelində təlim-məşq toplanışına yığışıb. Bakılılar “Xəzər Lənkəran”la “Şəfa” stadionundakı görüşə qiyməti 1 manat olan biletləri də satışa çıxarıblar.