Rauf Əliyev: Mən özümü bütün oyunlara stimullaşdırıram
11.03.2011 - 16:55
Ağdamın “Qarabağ” klubunun və Azərbaycan yığmasının futbolçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi
- “Altılığ”a hazırlıq məqsədilə Türkiyədə təlim-məşq toplanışında oldunuz. Final mərhələsinə necə hazırlaşdınız?
- Bir həftə ərzində həm fiziki, həm də texniki, taktiki planda yaxşı hazırlıq keçdik. İnşallah, “altılıq”da bunun bəhrəsini görərik.
- İlk turda səfərdə “İnter”lə görüşəcəksiniz. Son çempionla sınaq haqda nə deyə bilərsiniz?
- “İnter” güclü rəqib olduğundan, oyuna ciddi hazırlaşırıq. Sabahkı oyunda ən yaxşı nəticəni qazanmağa çalışacağıq.
- Ən yaxşı nəticə deyəndə, qələbəni nəzərdə tutursunuz?
- Əlbəttə, qələbə qazanmaq istəyirik. Ən azı bərabərliyə nail olmağa çalışacağıq.
- Bərabərliyə səfərdə oynadığınıza, yoxsa rəqibin gücünə görə razısınız?
- Fikrimcə, indiki vəziyyətdə heç-heçə də normaldır. Hər halda, unutmayaq ki, biz son çempionla oynayacağıq. “İnter” bu il “Birlik kuboku”nun qalibi oldu, qapısından top buraxmadı. Bu mənada bərabərliyi də yaxşı nəticə sayıram. Ancaq təbii ki, biz meydana qalib gəlmək üçün çıxacağıq.
- 7 oyunluq qələbə seriyanız var ki, bu cari çempionatın rekordudur. Bu mənada seriyanı davam etdirmək stimulu olmalıdır...
- Əlbəttə, qələbə seriyamızı davam etdirmək istəyirik. Biz heç-heçə haqda fikirləşmirik. Seriyamızı davam etdirmək xoşdur. Bu, bizim üçün lap yaxşı olardı.
- “Qarabağ”ın “İnter” üzərində son qələbəsinin memarı oldunuz. Məhz sizin vurduğunuz yeganə qol oyunun taleyini həll etdi. Özü də siz əvvəllər də “İnter”qə qol vurmusunuz...
- Elədir. Vaxtilə “İnter”lə ölkə kubokunun ¼ finalında 2:2 hesabı ilə nəticələnən oyunda dubl etmişdim.
- Belə demək olar ki, “İnter”ə qol vurmaq üzrə bir növ ixtisaslaşmısınız, yəni bunu siz daha yaxşı bilirsiniz?
- Mən özümü təkcə “İnter”lə yox, bütün oyunlara stimullaşdırıram. Hər oyunda meydana qol vurmaq üçün çıxaraq, buna nail olmağa çalışıram. Mənim üçün rəqibin kim olmasının fərqi yoxdur.
- “İnter”də milli komandamızda birgə oynayan futbolçular oynayır. Bir hücumçu kimi rəqibin müdafiə xəttini necə dəyərləndirərdiniz?
- “İnter” uzun müddətdir demək olar eyni heyətlə oynayır. Təkcə “Birlik kuboku”ndan yox, ötən mövsümdən belədir, bir çox futbolçular uzun müddətdir komandanın heyətində çıxış edir. Onlar arasında millimizdən tanıdığım, komanda yoldaşı olduğum futbolçular var. Bir sözlə, onların heyətində çox dəyişiklik yoxdur. “İnter”in sabit heyətinin olması, uzun müddətdir birgə oynamaları xeyirlərinə olacaq. Güclü müdafiə xətləri var, onu keçmək çətindir.
- Yəni “İnter”ə qol vurmaq asan deyil?
- Əlbəttə. Ümumiyyətlə, bütün rəqiblərimiz qiymətləndiririk və heç birinə qol vurmaq asan olmur. Hər biri ilə oyunlar çətindir.
- Lider “Neftçi”dən 6 xal geridə qaldığınızı nəzərə alsaq, xal itkisi sizin üçün arzuolunmazdır. Çünki bu halda, daha çox uzaqlaşa bilərsiniz və çempionluq şansınız azalar...
- Biz indi bu haqda düşünmürük. Bütün fikrimizi “altılığ”ın ilk turuna yönəltmişik və “İnter”lə oyunda meydanı qalib tərk etmək istəyirik. Görüşə çempionluq yolunda son şans kimi baxmırıq. “Altılıq” hələ yeni başlayır, qarşıda 10 tur var. Hər oyun çətin olacaq, bütün komandalar bir-birinə “badalaq vura” bilər. Avrokuboklara çıxmaq istəyirik. Biz də çempion ola bilərik. Buna real şansımız var.
Mehman SÜLEYMANOV

0
0