Madrid “Real”ının futbolçusu yığmamızla oyuna çağırıldı
11.03.2011 - 17:27
Madrid “Real”ının futbolçusu yığmamızla oyuna çağırıldı
Rusiyanın gənclər yığması Azərbaycanla yoldaşlıq görüşünə heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, rəqibin baş məşqçisi Nikolay Pisarev martın 26-da Belarus, 29-da Azərbaycanla oyuna 22 futbolçu çağırıb.

Bunlardan 21-i yerli klublarda, yalnız 1-i xaricdə oynayan futbolçudur. Hər halda, həmin legionerin – yarımmüdafiəçi Dmitri Çerışevin Madridin “Real” klubunun futbolçusu olmaq diqqəti çəkir.

Qeyd edək ki, ruslar martın 23-də İspaniyaya təlim-məşq toplanışına yollanacaqlar. Almaniyalı Bernard Lippertin baş məşqçisi olduğu yığmamızla görüş Bakı vaxtilə saat 19:00-da Marbelye şəhərinin futbol mərkəzinin meydançasında keçiriləcək.